Madonnanın qızı Lourdes Leon musiqi karyerasına Ledi Qaqaya istinad edən “Lock&Key” adlı ilk mahnısı ilə başlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı model mahnını avqustun 24-də “Lolahol” adı ilə yayımlayıb.
“The Eartheater”in ortaq köməkliyi ilə Leonun ifasında yumşaq vokalları, eksperimental elektro ritmləri birləşdirən sürətli templi bir gecə klubu parçası yarandı.
Leon mahnıda "Yuxu yox, növbəti təyyarə, yuxu yox, makiyaj, növbəti klub, növbəti maşın, növbəti təyyarə, yuxu yox, qorxu yoxdur", deyir.