Əməkdar artist Könül Kərimova şou-biznes nümayəndələrinin qısqanclığından bəhs edib.
Bu haqda "Söhbət var" proqramında danışan müğənni türkiyəli ifaçı Sərdar Ortacın xanəndə Elnarə Abdullayevanın ifasını dinləməsini tərifləyib:
"Sərdar Ortacın Elnarə Abdullayevanın səsini tərifləməsinə təəccübləndim, xoş təsir etdi. O qədər safdılar ki, səsi, ürəyi olanı dilə gətirirlər. Tək Sərdar Ortaç deyil, hamısı belədir. Bizdə belə deyil. Qısqanclıq aşırı, biabırçı dərəcədədir. Bir də şükür ki, bizdə səsi olanı gördülər.
Sənətkar sənətkarı necə görməyə bilər? Birindən soruşsan ki, Elnarə necə oxuyur, başlayacaq bir nöqsan axtarmağa".
(Axşam.az)