"Sen çal kapımı" serialında rol alan aktrisa Hande Erçel yeni malikanə alıb.
Lent.az xəbər verir ki, uzun müddətdir kirayədə yaşayan 27 yaşlı aktrisa 2 mərtəbəli evinə 10 milyon TL (təxminən, 2 milyon 417 min manat) ödəyib.
Malikanənin böyük bir hissəsinin pəncərədən ibarət olması diqqət çəkib. /axşam.az