İkardi Vanda Naradan rəsmən boşandı  - Aliment tələbi  rədd edildi
10 oktyabr 2026 11:20 (UTC +04:00)

İkardi Vanda Naradan rəsmən boşandı - Aliment tələbi rədd edildi

0

Argentinalı futbolçu Mauro İkardi ilə Vanda Naranın uzun müddətdir davam edən boşanma prosesi başa çatıb. Cütlüyün 2014-cü ildə başlayan evliliyinə rəsmən son qoyulub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ilin noyabrında İtaliyada başlayan boşanma işi üzrə qərar verilib.

İkardi məhkəmənin qərarını sosial şəbəkə hesabında açıqlayıb: “Milano məhkəməsi evliliyimin rəsmən sona çatması barədə boşanma qərarı verdi”. Futbolçunun sözlərinə görə, məhkəmə Vanda Naranın aylıq 250 min avro aliment tələbini təmin etməyib.

“Məhkəmə keçmiş həyat yoldaşımın özünü dolandırmaq üçün kifayət qədər gəlirə və əmlaka sahib olduğu qənaətinə gəlib. Onun təzminat xarakterli aliment tələbi də rədd edilib. Bundan başqa, məhkəmə xərclərimin üçdə ikisinin mənə geri ödənilməsinə qərar verilib”, - İkardi bildirib.

Boşanma rəsmiləşsə də, keçmiş cütlük arasında əmlakla bağlı məhkəmə prosesi hələ yekunlaşmayıb. İkardi bildirib ki, boşanma işinin İtaliyada aparılmasını seçməkdə məqsədi maliyyə tələblərinin məhkəmə tərəfindən qiymətləndirilməsi olub.

“Qərarda Milanda davam edən başqa bir məhkəmə işinə də istinad edilir. Həmin işdə mənə məxsus daşınmaz əmlakların başqasının adına keçirilməsinin etibarsız sayılmasını və bu mülklərin mənə qaytarılmasını tələb edirəm. Hüquqi proses davam edir”, - futbolçu qeyd edib.

Boşanma qərarından sonra İkardinin sevgilisi Çina Suares sosial şəbəkədə rəqs etdiyi video paylaşıb.

Suares videoya “Bu gün gözəl gündür” sözlərini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar