Türkiyənin Bodrum bölgəsində qızı ilə qəzaya düşən məşhur müğənni İbrahim Tatlısəs oğlu Ahmet Tatlıses ilə bağlı açıqlama verib.
Lent.az xəbər verir ki, "imperator" Tatlısəsin qəzaya düşdüyü yerə ilk özünü yetirən oğlu haqqında xoşagəlməz sözlər deyib.
O, küsülü və məhkəməlik olduğu oğlu ilə barışmadığını söyləyib:
"Hələ də barışmağımı istəyirsiniz. Artist-artist gəldi, fənd işlətdi, getdi. Barışıq olmadı. Heç kimlə barışmadım. Gecə harada idi, bəs? Niyə gəlmədi konsertimə?.."
Xatırladaq ki, İbrahim Tatlısəs avqustun 25-də qəzaya düşüb və sıxılı qaldığı maşından qurtarılaraq xəstəxanaya aparılıb. Qəzadan 12 saat sonra isə səhnəyə çıxaraq sevənlərinə konsert verib.
Qeyd edək ki, son anda ölümdən dönən İ. Tatlısəslə uzun müddətdir küsülü olan övladları İdo və Dilan Çıtak Tatlıseslər isə atalarının konsertində barışıblar.