Hərbçi həyat yoldaşı əməkdar artistə QADAĞA QOYDU
17 noyabr 2021 09:48 (UTC +04:00)

Hərbçi həyat yoldaşı əməkdar artistə QADAĞA QOYDU

Əməkdar artist Nigar Şabanova hərbçi həyat yoldaşı Xəyyam barədə danışıb.

Lent.az xəbər verir ki, ifaçı "Xəbər-ətər" verilişində bildirib ki, həyat yoldaşı ona tədbirlərə tək getməyi qadağan edib:

"Danışmağa qorxuram. Sosial şəbəkədə soyadımı dəyişdim, fotomu sildim. Nişan şəklimi də çox saxlamamışdım. Yoldaşım sənət aləminə, sosial şəbəkəyə alışmayıb. O qədər ailə quran sənətçilər var ki, bütün günü görüntü paylaşırlar. Konsertə, toya gedirlər.


"Gizli saxladım, dedilər nədən qorxursan? Belə qərara gəldim ki, kim nə istəyir yazsın. Götürdülər ayrılıq xəbəri yazdılar. Bir ay tamam olmayıb, ayrıldıq? Ailəmə söz-söhbət salırlar. Sənət aləmindən uzaqdır, uzaq durmağa çalışır. Ağır yaralanmışdı, snayperlə dizindən vurulmuşdu. Ağır əməliyyatlar keçirdi, ona görə neçə vaxtdır evdəydi. Dedim ki, mənimlə konsertə gedək, razılaşmadı. Tək getməyə qoymur, xalam nəvəsiylə getdim. Deyir, məni o aləmə qatma, öyrəşə bilmərəm. Deyir, mənim xasiyətimlə bu atmosfer başqadır. Niyə ailəyə soyuqluq qatır, söz-söhbət salırsız?".

# 10074
avatar

Yalçın UĞUR

Oxşar yazılar