"Harınlığından, öz həyatı, kefi, eyş-işrət üçün balalarını atır"
30 mart 2022 18:55 (UTC +04:00)

"Harınlığından, öz həyatı, kefi, eyş-işrət üçün balalarını atır"

Əməkdar artist Mətanət İsgəndərli "Bizimləsən" verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, müğənni övladını atan analar barədə danışıb: "Analar var ki, harınlığından, öz həyatı, kefi, eyş-işrət üçün balalarını atır. Sonra da yalandan çıxıb deyir ki, balalarımı əlimdən alıblar. Yalandan obraza girən analar gördüm, lənət olsun elələrinə. Allah da, biz də elə ananı lənətləyirik. Pişik-pişikliyi ilə balasını atmır. Bu qız nələrə tab gətirib. Amma uşaqlarını atmayıb.
Analıq hissini Allah adama verir. Bədbəxt o adamdır ki, analıq hissi yoxdur. Şeytandır o... ".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və gəlini Canana ayrılıb. Cütlük ötən il rəsmi boşanıb, 3 uşaq anadan alınıb ataya verilib. Apellyasiya məhkəməsində isə uşaqlar anaya qaytarılıb. Canana isə hələ də prosesin uzandığını, uşaqlarının ona verilmədiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar