Müğənni Hadisə haqqında yeni qalmaqal üzə çıxıb.
Lent.az xəbər verir ki, şoudan yazanların iddialarına görə, Mehmet Dinçerler ilə Hadisə Açıkgözün ayrılığına səbəb ifaçının repçi Murda ilə səhnədə çəkilən səmimi görüntüləridir.
İki ifaçının konsertdə və "İmdat" mahnısının klipində qucaqlaşması Mehmeti və onun ailəsini olduqca qəzəbləndirib. Ailənin müğənniyə psixoloji təzyiq göstərdiyi deyilir.
Qeyd edək ki, Hadisə və Mehmet sentyabrın 30-u Beykoz məhkəməsində boşanacaqlar. Mehmetin ondan tək istəyi anasının verdiyi beşli zinət əşyası və nişan üzüyüdür. Lakin, Hadisə onları geri verməməkdə israrlıdır.