Türkiyədə yayımlanan "Söylemezsem olmaz" proqramı növbəti dəfə də məşhur müğənni Hadisəni hədəf almağa çalışıb.
Lent.az xəbər verir ki, verilişin aparıcısı Bircan Bali mayın 7-də Hadisənin Bakıda kababxanada səhnə alacağını və 150 nəfər qarşısında çıxış edəcəyini bildirib. Onun bu açıqlaması sosial şəbəkədə yayılaraq tənqid edilib.
Qeyd edək ki, Hadisə həmin tarixdə Azərbaycanda Bakı Konqres Mərkəzində konsert verəcək.
Xatırladaq ki, Hadisə proqramı dəfələrlə haqqında saxta məlumatlar yayımladığı üçün məhkəməyə verib.