Türkiyəli aktyor Alperen Duymaz yoldaşı Kübra Kelkit ilə boşanmaq qərarına gəliblər.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanmağa səbəb aktyorun film və serial çəkilişlərinin sıxlığıdır.
Belə ki, cütlük 2020-ci ildə gizlin evlənsələr də, hələ ki, toy etməyə vaxt tapmayıblar. Hazırda onlar rəsmi boşanmasa da, münasibətlərinə ara verdikləri iddia edilir.
Xatırladaq ki, müəllimə olan Kübra Kelklitlə aktyor Alperen Duymazın uşaqlıq sevgilisidir.