"Fəlakət"dən Afaqa  ETİRAZ:   "Nankor olma..."
26 noyabr 2021 14:41 (UTC +04:00)

"Fəlakət"dən Afaqa ETİRAZ: "Nankor olma..."

Aparıcı Afaq Gəncəli aktyor Elşən Orucovun müəllimi olduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" verilişində deyib:

"Dostu İlkin Həsəni əsgərliyə getmişdi. Məcburiyyət qarşısında onu maqazin verilişinə aparıcı etdik. Aparıcı kimi onu istəmirdilər, məcbur Elişqonu efirə çıxardıq. Səhnə mədəniyyəti yox idi, aparıcılıq dərsi keçməyib. Afaq öyrətdi", - Afaq bildirib.

Elşən isə "Səhnə mədəniyyəti yoxdur" elə bil çox oldu... Dörd il universitet oxumuşam, müəllimlərim baxır" deyərək, etiraz edib.

"Nankor olma. Müəllimin olmamışam?" - deyərək, aparıcı ona sual ünvanlayıb.

Elşən isə "Səhnə mədəniyyəti bir az... Müəllimlərim baxır. Səhnə danışığını mənə müəllim Azad Şükürov öyrədib. Mənə maqazin verilişində qalmaqal öyrətmisiz. "Nankor şagird" olar. Amma səhnə mədəniyyəti yox, xahiş edirəm", - deyə aktyor sərt reaksiya verib.

# 4932
avatar

Oxşar yazılar