Əməkdar artistin iki arvadı var -  XƏYANƏTİ EFİRDƏ...   - VİDEO
15 mart 2021 11:14 (UTC +04:00)

Əməkdar artistin iki arvadı var - XƏYANƏTİ EFİRDƏ... - VİDEO

Əməkdar artist Rəhman Rəhmanov 2-ci həyat yoldaşına xəyanət edib.

Lent.az-ın məlumatına görə, bu barədə aktyorun xanımı “Onun sirri” verilişində danışıb:

“O mənə xəyanət edib, amma üzünə vurmamışam. Qastrol adı ilə gedirdi, amma axşamlar evə gəlirdi. Mənə dedilər ki, həyat yoldaşın sənə xəyanət edir. Dedim ki, kişidir, heç nə olmaz. Elə də olurdu ki, gecələr də evə gəlmirdi. Hətta bir dəfə gördüm ki, boynunda qırmızı ləkə var. Dedim ki, o nədir? Cavab vermədi. Kiminləsə görüşəndə öpüşür, üzərində zər izləri qalırdı. Sonra eşitdim ki, o qadından da ayrılıb. Mən onu özümdən də çox istəyirəm. Biz 26 ildir ki, ailə qurmuşuq. O mənə nə eləsə də, danışmamışam. Çünki o mənim atamdı, balamdı. Uşağım olmayıb”.

Qeyd edək ki, R.Rəhmanovun 1-ci həyat yoldaşı ilə də münasibəti var.

Əməkdar artist Rəhman Rəhmanovun 1-ci və 2-ci həyat yoldaşı 

Əməkdar artist Rəhman Rəhmanov

# 39819
avatar

Yalçın UĞUR

Oxşar yazılar