Elza Seyidcahan
15 yanvar 2022 17:34 (UTC +04:00)

Elza Seyidcahan

Elza Seyidcahan: "Xəyanət" terminini özümüzdən uydurmuşuq

Əməkdar artist Elza Seyidcahan "Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar" ifadəsinə aydınlıq gətirib.

Lent.az xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramında bu haqda danışıb:

"Xəyanət" terminini özümüzdən uydurmuşuq. Bu günlərdə bir cavan xanımdan soruşuram, ailəlisən? Saç ustası deyir ki, boşanmışam. Deyirəm niyə? Cavab verir ki, xəyanət edib. Özü də biri deyir əmimoğludur, o biri deyir xalamoğludur... Əri də uşaqlara baxmır, yenidən evlənib. Öz əli ilə ərini əldən buraxıb. Qız da indi peşman olub, çünki oğlanın artıq ailəsi var. Qız ərinin telefonunda mesajını tutub.

Elə qadınlar görmüşəm ki, həyat yoldaşlarının başqa yerdə övladı var, ona deyirlər belədir, ancaq keçir. Ağıllı olmayıb nə edəcəksən ki, nə qazanacaqsan? Baxır necə xəyanətdir. Bəzi şeylər var ki, onu da demək istəmirəm. Qadın öz zəifliyini ortaya çıxardır. Xanımın övladları dünyaya gələndən sonra həyat yoldaşları uşaqlarının atası olur. Qadınlar ərlərinin nazı ilə oynamaq əvəzinə onlara əmr verirlər. Deyirlər, borcundur"./axsam.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar