Elvis Preslinin ən yaxınları onun bütün sirlərini açdılar
05 oktyabr 2022 21:20 (UTC +04:00)

Elvis Preslinin ən yaxınları onun bütün sirlərini açdılar

Ölümündən 45 il keçməsinə baxmayaraq, Rok n Roll kralı Elvis Presli hələ də sevənlərinin ürəyindədir və hər gün onun barəsində yeni bir məlumat üzə çıxır.

Lent.az xarici mediaya istinadən Presli barədə bəzi iddiaları diqqətinizə çatdırır.

Presli əfsunlayıcı ifası ilə yanaşı yaraşıqlı siması ilə də diqqət çəkirdi. Onun keçmiş mühafizəçisi, eyni zamanda yaxın qohumu olan Billi Smit bildirib ki, Elvis yaraşıqlı olsa da, özgüvəni az idi. O, öz simasından narazıydı. Ona görə daim makiyajdan istifadə edirdi, estetik əməliyyatlarla maraqlanırdı.Saçlarını daima boyatdırırdı.O burnunun çox böyük olduğunu deyirdi, lakin əməliyyatdan qorxurdu. 50-ci illərdə burun estetik əməliyyatları indiki qədər yayılmamışdı.

Bir xeyli tərəddütdən sonra 1957-ci ildə kral burnunu kiçiltdirir, üzünü gərdirir, sonra xanımının arzusuyla qulaqlarını da əməliyyat etdirir. Bir qədər sonra dişlərinə estetik görkəm verir, göz qapaqlarınıı kəsdirir. İddialara görə, 57 və 75-ci illər arasında o iki dəfə üzünü gərdirib, ümumilikdə 10 dəfə estetik əməliyyat etdirmişdi.

Bir zamanlar onunla yaşamış Linda adlı xanım bu günlərdə Elvisin ayağında cəmi iki barmağı olduğunu bəyan edib.

Sevgilisi hətta ördək barmaqlarını xatırladan pərdəli barmaqalrına görə onu cırnatdığın da deyib. O, Elvis Preslinin tanınmamaq üçün əməliyyatlara Vesti soyadı ilə girdiyini idda edib.

Bəs sağlığında Elvis Presli bu barədə nə deyirdi? O ömrü boyu bunu nə təsdiq, nə təkzib etməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar