Britaniyalı müğənni Elton Con (əsl adı Rejinald Kennet Duayt) çərşənbə axşamı günü koronavirusa yoluxduğunu açıqlayıb.
Lent.az-ın məlumatına görə, musiqiçi bu barədə İnstaqram səhifəsində yazıb.
O bildirib ki, bu səbəbdən onun ABŞ-da verəcəyi bir sıra konsertləri təxirə salınacaq.
Peyvənd sayəsində xəstəliyə asanlıqla dözdüyünü yazan 74 yaşlı Elton Con vurğulayıb ki, Dallasda planlaşdırdığı çıxışları başqa vaxta təyin edəcək: “Xoşbəxtlikdən, tam peyvənd olunmuşam və gücləndirici vurulmuşam. Yüngül simptomlarım var, ona görə də gələn həftə sonu Arkanzasda çıxış edə biləcəyimi gözləyirəm”.