Məşhur amerikalı müğənni Keti Perrinin konsert zamanı başına iş gəlib.
Lent.az xəbər verir ki, onun səhnədə çıxışı bitən vaxt sağ gözü bağlanıb. 38 yaşlı müğənni əli ilə iki dəfə gözünü açmağa çalışsa da, yenə də eyni vəziyyət yaranıb və o, səhnəni tərk edib.
Bu hadisə baş verən zaman tamaşaçılar xeyli narahat olublar. Onun bunu şüurlu şəkildə, şou xatirinə və ya özündən asılı olmayan səbəbdən edib-etmədiyi sual doğurub.
Bundan başqa, sosial şəbəkələrdə yayılan bu görüntülər izləyicilər tərəfindən olduqca çox müzakirə olunub.