"İndi keçirilən gözəllik yarışmalarının heç birinə inanmıram".
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri 2002-ci ildə "Dünya gözəli" seçilən Azra Akın deyib. O, bildirib ki, indiki iştirakçılar hazırlıqsızdır:
"Mən gözəllik yarışmalarına inanmıram. Juri olduğum müsabiqələrdə məyus olaraq gördüm ki, bizim qızlarımız yarışmalara hazırlıqsız gəlir. Sual verirəm: bacarıqlı, güclü, ağıllı, çalışqan Türk qadınını, sadəcə zahiri gözəlliyi ilə seçəcəyik? Onlar bizi boyu və kilosu ilə təmsil edəcək? "