Xalq artisti Röya Ayxan “Hanı köhnə mahnılar?” sualına cavab verib.
Lent.az-ın məlumatına görə, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib. Röya köhnə mahnıları bəyənib, yeniləri bəyənməyənlərə belə cavab verib:
“Bəziləri arada yazır ki, hanı köhnə mahnılar? Bilirsiz o mahnılar nə vaxt gələcək? Gözəl stress keçirən, sevən, qaynağın olmayacağı, dırnağın özününkü olan, orana-burana qaş düzdürməyəcəyin vaxt gələcək.
Biz hər gün böyüyürük, niyə keçmişdə qalırıq? Köhnə mahnını oxuyub Röya olmuşam. Adıma görə qazanıram. Əvvəl qazancımı adıma qoyurdum, bu gün adımla qazancı geri qaytarıram. Hər gün çıxan mahnının bir adı, sosial problemi var. Adama deyərlər, niyə keçmişdə qalırsan? Sən keçmişdə qalmırsan, mən qalmalıyam? Mənə qulaq asanlar bilir ki, lirikanın anasıyam. Amma insanların xoşbəxt günlərinə dəvət alıram. Mənə şən musiqilər, enerjili adamlar lazımdır. Bütün gecəni lirik mahnı oxuya bilmərək ki...”.