“Çox eybəcər, çox gülünc görünür” - Samiraldo Damladan  danışır?
13 oktyabr 2022 18:27 (UTC +04:00)

“Çox eybəcər, çox gülünc görünür” - Samiraldo Damladan danışır?

“Bədən fiqurası yoxdur, dolu bədəni var biabırçı geyimdə səhnəyə çıxır. i seçirlər ki... Dolu bədənli olmaq ayıb deyil, amma artıq çəkilərini ört-basdır edəcək geyimlər geyinmək lazım. Bəzi müğənnilərimiz səhnədə, efirdə çox eybəcər, çox gülünc görünürlər”. 

Bu fikirləri Lent.az-a ölkənin ən yaxşı stilistlərindən hesab edilən Samiraldo söylədi. 

Son günlərdə geyimi ilə daha çox gündəmə gəlib, gülüş hədəfinə çevrilən müğənni Damlanın yeni geyimindən sonra stilistlə söhbət etməyi qərara aldıq. 
Əvvəlcə son 5-10 il ərzində “YouTube” trendlərinə nəzər salaq. Əsasən Damlanın, Hissin, Vəfa Şərifovanın, Nəfəsin, Şəbnəm Tovuzlunun, Talıb Talenin, Afət Fərmanqızı və s. kimi ifaçıların kliplərinin kifayət qədər izləndiyini görərik.

Samiraldo isə hesab edir ki, ümumiyyətlə, ölkənin musiqi mədəniyyəti bərbad vəziyyətdədir:

“Ad çəkmək istəmirəm, ancaq onu deyə bilərəm ki, indiki bəzi müğənnilərin geyimləri də bərbaddır, mahnıları da. Bədən fiqurası olmayan, dolu bədənlə müğənnilər elə biabırçı səhnə geyimi seçirlər ki... Dolu bədənli olmaq ayıb deyil ki, elə ifaçılar Türkiyədə də, Amerikada da, Rusiyada da və başqa ölkələrdə də var. Kökdürlər, amma onlar bunu nəzərə alaraq artıq çəkilərini ört-basdır edəcək geyimlər geyinirlər. Yəni, burada stilistin əməyi rol oynayır. Biri var sən gözəlliyi nümayiş etdirirsən, biri də var eybəcərliyi. Aradakı fərq böyükdür. 

Hamı bilir ki, sözü üzə deyənəm. Ona görə ad çəkmirəm ki, bəziləri düşmən hesab edirlər məni özlərinə. O müğənnilər çox zövqsüzürlər. Oxuya bilərlər ey, fərli musiqi zövqləri yoxdur. Adını çəkmək istəmədiyim bir müğənniyə əvvəl hər küçədən keçən qulaq asırdı, indi guya tərzini dəyişib. Onun mahnılarına avtobuslarda, taksilərdə, elə özü kimi zövqsüzlər qulaq asır. Bəzi aparıcılar, televiziya rəhbərləri o qadının piarını apardılar, reklam etdilər. Böyük sənətkarlardan onun haqqında münasibət öyrənəndə təbii ki, yaxşı danışmayacaqdılar. Tənqidlərlə, “linç”lərlə gündəmə gəldi. Musiqinin “ana”sı, musiqini dərindən bilən Tünzalə Ağayeva onun piarında bir nömrəli rol oynadı. Tünzalə xanım fikir söylədi ki, bayağı musiqilər belədir, elədir və s. Ondan sonra belə deyək, “Miki Maus” tipli saytlarda, ara mətbuatda yayımlanan xəbərləri keçdi elit mətbuat saytlarında çıxmağa. Çünki Azərbaycanın Xalq artisti, əməkdar artistlərimiz danışdı onun haqqında. Kütləni öz üzərinə cəlb etməyi bacardı və yuxarı yüksəldi. İndi guya öz üzərində işləyir, görürsən ki, gah özünü müğənni Hissə oxşadır, gah Cennifer Lopezə, gah da başqa məşhura. Çox gülməlidir”.

Stilist gülünc səhnə geyimlərindən də danışdı:

“Çox eybəcər, çox gülünc görünürlər. Gedib paltar tikdirə bilərsən, xaricdən paltar gətizdirə bilərsən. Bu, sənin haqqındır. Amma o boyda sarayda konsert verirsənsə, o kütlənin qarşısında eybəcər fiquranla paltarı geyinirsənsə, çox biabırçı vəziyyətdir. Ola bilər ki, məni buna görə qınasınlar, tənqid etsinlər. Ancaq stilistikanın “ata”sı deyirlər mənə, mənim kimi illərin stilisti deyirsə bunu, görün, vəziyyət nə yerdədir. Yaxşı, onun stilisti hara baxır? Prodüsseri hara baxır? Hara baxırlar? 

Gülüstan sarayında görüm, elə geyinə bilər? Yox. Çünki orada nəzarət var. Bunun kimilərə nəzarət olmalıdır. Baxmalıdırlar ki, kim necə çıxır səhnəyə. Məsələn, mən də ad günlərinə, şənliklərə gedirəm, oxuyuram. Ürəyim istəyir hündür daban geyinirəm, ürəyim istəyir ətək və s. Zövqlə geyinirəm, özümə arxayınam. Gözəl ayaqlarım var, bədənim var. Amma bilirəm ki, qarnım var, çalışıram gizlədim. Çalışıram ki, qarnımın eybəcərliyini insanlara göstərməyim. Nə olsun ki, oğlanam? Allah mənə düppədüz ayaq veribsə, bu yaşımda da Ajda Pekkanınkılar kimi gözəl qalıbsa, niyə gizlədim? Bilsəm ki, çox eybəcər bədən quruluşum var, ömür boyu onu göstərmərəm. Özü də sənət adamları bilir ki, onlara millət baxır. 

Bəzi müğənnilər necə özlərindən çıxıbsa, aparıcılara deyirlər ki, məni çağırırsınızsa, tək çıxmalıyam verilişə. Bu, artıq İlhamə Quliyevanı da, Aygün Kazımovanı da, Röyanı da keçmək deməkdir. Bilirsiniz niyə? Çünki bəzi jurnalistlər, müğənnilər onu belə qaldırdılar dağın başına. Görün, heç nüfuzlu Xalq artistlərimiz, müğənnilərimiz danışar onun haqqında? Heç vaxt danışmazlar. 

Müğənni Hiss. Uşaqlar evində böyüyüb. Yaxşı qızdır, təbii səslə oxumasa da, elektron səsi var. Amma yenilik gətirib. Yeni səs gətirib, özüdür. Başqasına oxşamır. Yəni, tayı-bərabəri yoxdur. Bir çox müğənnilər onun stilini oğurlayır. Kliplərini, mahnılarını, hətta geyimlərini belə təkrarlayırlar. Çünki Hissin kütləsi böyükdür. Özünü qəbul etdirib kütlələrə. Amma bəzi müğənniləri heç vaxt qəbul edə bilməyəcəklər. Süni olduqları üçün. İnsan özü olmalıdır. Elə özümü götürək. Heç vaxt kiməsə oxşamağa çalışmamışam. Oxuyuram da özüm kimi oxuyuram. Camaat belə qəbul edir məni. “Ləhləlülə şəhərdəyəm, ləhləlülə kefimdəyəm”. Dillər əzbəri oldu. Bazara çıxaran kimi qapdılar mahnını. Çünki camaata təbii iş lazımdır. Hansısa tanınmış müğənni bunu oxusaydı, bəlkə də bu qədər populyar olmazdı. Hər şeyi süniləşdiriblər ey, hər şeyi. Elə bil robotlar oxuyur. 

Geyimlər də bərbad... Baxsınlar Röyaya, Aygün Kazımovaya, Zülfiyyə Xanbabayevaya, Sevda Ələkbərzadəyə, Sevda Yahyayevaya, Günay İbrahimliyə, xanəndələr Arzu Əliyevaya, Nəzakət Teymurovaya və s. Ömür boyu onlar gözəl geyiniblər. Nə olsun ki, estrada, muğam oxumursunuz? Təki gündəmdə qalalar deyə, nələrdən keçirlər. Nəyə lazımdır? Nə danışıqlarını bilirlər, nə özlərini apara... Qalmaqallar həmişə olub. Karifey sənətkarlarımız da qalmaqallar yaşayıb, amma səhnə arxasında. Göstərməyiblər. Şövkət Ələkbərovada da, Rübabə Muradovada da və başqalarında da elə qırğınlar olub ki. Heç kimin xəbəri olmayıb o qırğınlardan. 

Klipləri toy abu-havasında çəkmək olmaz. Toy paltarlarını klipə geyinirlər. Olmaz axı elə”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5640
avatar

Nigar Namiq

Oxşar yazılar

Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41
Musa Təranənin  adını eşidib   efirdən getdi

Musa Təranənin adını eşidib efirdən getdi

11 dekabr 2024 , 17:49