Bir zamanların məşhur "Çalıquşu" serialında "Fəridə" obrazını canlandıran, gözəlliyi ilə öz dönəminə damğa vuran Aydan Şener yeni fotolarını paylaşıb.
Lent.az xəbər verir ki, 59 yaşlı aktrisanın rəngli bikinidə çəkdirdiyi fotoları sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.
İstifadəçilər onun paylaşımının altına "20 yaşındasınız elə bil", "Yox, zaman sizə təsir etmir", "Gözəlliyinizi nəyə borclusunuz?" və digər belə reaksiyalar veriblər.
Gözəlliyi ilə illərə meydan oxuyan Aydan Şenerin fotolarını təqdim edirik: