Əməkdar artist Elton Hüseynəliyev plastik əməliyyat etdirən kişiləri tənqid edib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Günün sədası" verilişində danışıb:
"Burun əməliyyatı keçirmişəm. Nəfəs ala bilmirdim, çəpər əyriliyi var idi. Amma bir az da estetik edilib. Baxanda çox da bilinmir. Xanımlar gözəllikləri üçün estetik edə bilərlər. Kişinin estetik etdirməsi nəyə lazımdır? Deyirlər ki, səhnə qurban tələb edir. Səhnənin adını çəkib ora nəyisə yamamaq lazım deyil. Estetik, botoks kişi üçün deyil!
Bir məclisdə idik, Rafet El Roman da dəvət olunmuşdu. Onu tanıya bilmədim. Belə Rafet olar? Yanaqlarına nələrsə etdirmişdi. Elə bil vurub döyüblər onu. Rafet El Roman yox, Rafet El "yanaq" olmuşdu".