Müğənni Şəhla Həmidova
26 mart 2021 12:50 (UTC +04:00)

Müğənni Şəhla Həmidova

Bu səbəbə görə efirə az çıxır

"Xalq ulduzu" müsabiqəsindən tanınan müğənni Şəhla Həmidova efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb.

Lent.az-ın məlumatına görə, "Xəbər-ətər" verilişinə qonaq olan ifaçı bildirib ki, onu efirlərə çox dəvət etmirlər: "Mən o üzün sahibi deyiləm ki, efirə çıxmaq üçün kiməsə ağız açım. Kim hara dəvət edirsə, gedirəm. Bu gün də bura dəvət etmisiniz, gəlmişəm. Efirə az çıxmağımın səbəbi də budur. İndi şou aləmində olan mahnılar da iki qrupa bölünüb. Bazar və sənət mahnıları var. Məndən bazar mahnıları istəyirlər, mən də o zövqdə oxuya bilmirəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5046
avatar

Yalçın UĞUR

Oxşar yazılar