Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov "Üzbəüz" proqramının qonağı olub.
Lent.az xəbər verir ki, Elşən atasından danışarkən ağlayıb:
"31 dekabr günü ad günüm idi. Həmin günü getdim atamın məzarının üstünə, orada keçirdim. Mənim ad günümdə hər zaman o bizə gəlirdi. Bu dəfə mən getdim"
Qeyd edək ki, Baloğlan Əşrəfov ötən ilin aprelində COVID-19-dan dünyasını dəyişib.