Müğənni Türkan Vəlizadə onun ifa etdiyi “Ağlıma bir ad gəlir” mahnısını bəyənməyən Əməkdar artist Sevda Ələkbərzadəyə cavab verib.
Lent.az-ın məlumatına görə, ifaçı sözügedən bəstəni sosial şəbəkədəki səhifəsində paylaşaraq, həmkarının adını çəkmədən ona bu sözləri deyib:
“Bu “Ağlıma bir ad gəlir” mahnısı Türkanı sizlərə sevdirən mahnıdır. Sizin ən xoş günlərinizdə repertuarımda ilk istəyiniz mahnı. Ataların bir misalı var “Azlıq hər zaman çoxluğa tabe olub”. Allah məni sevənləri mənə çox görməsin. Sizin sevginiz məni mən edib”.