Bir zamanlar sevgili olan Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu bir araya gəliblər.
Lent.az-ın məlumatına görə, keçmiş duet ortaqları el məclislərinin birində səhnə alıblar.
Onlar illər öncə yazılmış duetlərini səsləndiriblər.
Qeyd edək ki, A.Kazımova sonuncu açıqlamasında Namiqə duet təklifi etmişdi: "Namiqə təklif edirəm ki, çaşmasın. Bu, son təklifimdir, çaşma Namiq. Təklifdən sonra isə etiraf edirəm ki, Namiq, yenə də səninlə duet oxuyardım. Fikirləş və təklif et".