Aygün Kazımovanın qızı: Anamı təkrarlayırlar…
30 yanvar 2021 13:14 (UTC +04:00)

Aygün Kazımovanın qızı: Anamı təkrarlayırlar…

"Əlimdə material olmadan heç vaxt efirə çıxmaram. İnsanların qarşısına çıxmaq mənim üçün məsuliyyətdir. Bəziləri kimi yalandan bütün günü efirdə olmaq mənə yaraşmaz. İzləyicilərimə hörmət edirəm, onların mənim haqda düşüncəsi önəmlidir".

Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova "Xəzər" telekanlında yayımlanan "Səhər mərkəzi" proqramında deyib. İfaçı veriliş zamanı tamaşaçıları qarşısında məsuliyyətindən də bəhs edib:

"Əlimdə material olmadan heç vaxt efirə çıxmaram. İnsanların qarşısına çıxmaq mənim üçün məsuliyyətdir. Bəziləri kimi yalandan bütün günü efirdə olmaq mənə yaraşmaz. İzləyicilərimə hörmət edirəm, onların mənim haqda düşüncəsi önəmlidir".

Ən böyük arzusunun Xalq artist Eyyub Yaqubovla duet oxumaq olduğunu qeyd edən İlqarə Kazımova anasının son klipi haqqında açıqlama verib. O qeyd edib ki, anasının "Bu qadın" yeni ekran işini izləyəndə ağlayıb.

"Şıltaqlıq ancaq mənim anama yaraşır. Kənardan baxıram ki, bəzi müğənnilər anamı təkrarlayırlar. Onun kimi partlayışlar etmək istəyirlər, amma onlara yaraşmır. Mənim anam belə doğulub, o, belə xoşlayır. Məsələn, anam mənim kimi marketə getməz. Mən xoşlayıram rəfiqələrimlə marketə, kafeyə gedim. Anam yox, oturar evdə, ofisdə, layihələr, işlər görər. Arzulayıram ki, başqaları öz yolunu tapsın. Hobbini sənətə çevirməsinlər".

İfaçı anası ilə birgə istədiyi kimi zaman keçirə bilməməsindən də şikayətlənib:

"Aygün Kazımovanın qızı olmağın müsbət təsiri olduğu qədər, mənfi yanları da var: istəyirsən hamı kimi dincələsən, marketə gedəsən ki, səni heç kim tanımasın. İndi maska bir az məni sevindirir. Bir tərəfdən onu taxanda tanımırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 66429
avatar

Oxşar yazılar