“Çox arıqlamışam. İndi çəkim 57 kiloqram, boyum isə 167 santimetrdir”.
Lent.az-ın xəbərinə görə, bunu Xalq artisti Aygün Kazımova teleproqramlardan birində deyib.
53 yaşına qədəm qoyan estrada ulduzu ideal bədən ölçüsünə sahib olduğunu bildirib.
"Bədən quruluşu çox önəmlidir. Sadəcə arıq olmaq yetmir. Bədənin proporsiyaları və ölçüləri söhbəti var. Mənim bədən ölçülərim 90-65-100-dür. Üzərlik çatlasın, pis gözlər partlasın.
İstəyən hər kəs bu nəticəni əldə edə bilər. Amma bütövlüklə dəyişmək, əsasən də daxilən dəyişmək lazımdır”, - o bildirib.