2008-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi olan rusiyalı müğənni Dima Bilan COVID-19-a yoluxub.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, onun bir neçə gün boğazı ağrayıb, burnundan nəfəs almaqda çətinlik çəkib və 37,5-dən aşağı düşməyib.
Müğənniyə koronavirus infeksiyası diaqnozu qoyulub, kompüter tomoqrafiyası ağciyərlərin zədələnməsini aşkar etməyib, tənəffüs çatışmazlığı yoxdur.