Bir neçə gün öncə atasını itirən müğənni Aynur Dadaşova danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Elgizlə izlə” verilişində deyib:
“Atam xəstə idi. Hər gün gah yaxşı, gah da pis olurdu. Atam bacımın dərdinə dözə bilmədi. Övladlarına çox bağlı idi. Övlad acısını çəkə bilmədi. Ayın 26-sı atamın ad günüdür. Bacım da mənim ad günüm ərəfəsində rəhmətə getdi, atam da. Sanki bir-birlərinə söz vermişdilər. Nəvə toyu gözləyirdi”.
Müğənninin anası, bacısı da açıqlama verib.
Həmin açıqlamaları aşağıdakı videoda təqdim edirik: