Geyimləri ilə hər dəfə özündən söz etdirən türkiyəli müğənni Aleyna Tilki bu dəfə reklamdan qazandığı pulla gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk reklamından 2.5 milyon lirə, 2-ci və 3-cü çəkilişlərin hərəsindən isə 4 milyon lirə qazanıb.
İfaçı ümumilikdə 10.5 milyon lirə (təxminən 998 min manat) qonorar əldə edib.
Məlumata görə, qazandığı pullara yalnız daşınmaz əmlak (torpaq) alır.