Müğənni Afət Fərmanqızı həyat yoldaşı Mamed Nanacanovun azadlığa çıxmasına görə, Daxili işlər naziri Vilayət Eyvazova təşəkkür edib.
Lent.az-ın məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkədəki səhifəsində video paylaşıb.
Qeyd edək ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunurdu. O, yanvarın 31-i səhər saatlarında Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilmişdi. Xəzər Rayon Məhkəməsinin qərarı ilə M.Nanacanov barəsində həbs-qətimkan tədbiri seçilmişdi.