Tanınmış aktyor koronavirusdan qorunmaq üçün meşəyə qaçdı
25 mart 2020 11:39 (UTC +04:00)

Tanınmış aktyor koronavirusdan qorunmaq üçün meşəyə qaçdı

 

Koronavirus getdikcə daha sürətlə yayıldığından bütün dünyada “evdə qal” çağırışları edilməyə başlayıb. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, tanınmış aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Tatlıtuğ da ölümcül virusdan qorunmaq məqsədilə Kemerburgqazdakı meşə ərazisində olan evlərinə sığınıb. 

Təxminən 2 həftədir evdən çölə çıxmayan Başak və Kıvanç Tatlıtuğun xarici aləmlə əlaqələrini kəsdikləri bildirilir. 

Evdə heç kimi qəbul etməyən cütlük yaxınları ilə yalnız telefonla əlaqə saxlayır. Təbiət aşiqi olan və heyvanları çox sevən cütlük günlərini itləri ilə əylənmək və film izləməklə keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar