Müğənni Sevda Sanəliyeva qızının ad günü olub.
Lent.az xəbər verir ki, sənətçi övladının özəl gününü evdə yaxınları ilə keçirib.
Sevda görüntüləri sosial şəbəkə hesabında yayımlayaraq “Nə yaxşı ki, varımsan. Allah mənə sənin sağlam böyüməyini görməyi nəsib etsin. Savadlı, vicdanlı, xeyirxah böyü. Anam mənim, gül üzlüm” sözlərini yazıb. (Axşam.az)