Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov "Evdəkilərə salam" verilişində qonaq olublar.
Lent.az-ın məlumatına görə, muğam ifaçıları bu dəfə mərhum Xalq artisti Qədir Rüstəmovun ailəsinə baş çəkiblər. Onlar sonra Q. Rüstəmovun 85 illik yubileyi münasibətilə təşkil olunan konsertdə iştirak ediblər.
Həmin anları əks etdirən videonu təqdim edirik.