Ermənistan İctimai Radiosunun cəbhədən növbəti dezinformasiyası qalmaqala səbəb olub.
Lent.az-ın məlumatına görə, radionun saytında türkiyəli məşhur müğənni Sərdar Ortac Azərbaycan ordusunun “itkiləri” sırasında yer alıb.
Belə ki, oktyabrın 16-sı və 21-i dərc olunan cəbhə xəbərlərində Sərdar Ortacın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim olunub.