Türkiyəli pitates müəllimi, model Ebru Şallının 8 yaşlı oğlu dünyasını dəyişib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, modelin keçmiş həyat yoldaşı Harun Tandan olan 8 yaşlı oğlu Pars, dünən gecə müalicə aldığı xəstəxanada ölüb. Məşhur modelin oğlunun təxminən 1 ilə yaxındır ki, limfa xərçəngindən müalicə aldığı bildirilir.
Pars Tan bu gün günortadan sonra Kilyos qəbiristanlığında dəfn edilib. Koronavirus səbəbilə qohumlarının da əksəriyyəti mərasimə qatıla bilməyib.