Azərbaycanlı oriental rəqqasə Aytənin başına iş gəlib.
Lent.az-ın məlumatına görə, onun 90 VO 919 dövlət seriyalı, "BMW-X 6” markalı avtomobilini yarıblar. Bununla bağlı rəqqasə öz İnstaqram səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Aytən avtomobilini 55 min dollara alıb: "Maşın həvəskarıyam. Yaxşı da idarə etməyi bacarıram. Onu da deyim ki, bu rəngdən Azərbaycanda bir dənədir. O da mənim payıma düşüb. Dubaydan gətizdirmişəm”.