Türkiyəli məşhur aktrisa Zerrin Sümer 8 ay əvvəl evləndiyini etiraf edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 78 yaşlı Zerrin Sümer qonaq olduğu televiziya proqramlarından birində 22 ildir münasibətdə olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu münasibəti illərdir heç kim bilmir:
“İlk evliliyimi xəyanətə görə bitirdim. 7-8 ay əvvəl ailə qurdum. Bunları demədiyim üçün heç kimin xəbəri yox idi. İllər əvvəl İstanbulda yaşayarkən bir gecə çox xəstələndim və yanımda heç kim yox idi. Öz-özümə dedim ki, belə olmaz. Oğluma dedim ki, düşünürəm ki, həyatıma kimisə alım. Oğlum mənimlə razılaşdı, amma evlənməyimə razı olmadı. 1-2 ildən sonra indiki həyat yoldaşımla tanış olduq. İllər sonra ilk dəfə birindən xoşum gəldi. 22 ildir eyni evdə yaşayırıq. Söhbətləşəndə birdən dedi ki, gəl evlənək. Mən də qəbul etdim. Təxminən 7-8 ay əvvəl biz evləndik”.