Meksika əsilli amerikalı aktrisa Salma Hayek çimərlik geyimində fotosunu yayımlayıb.
Lent.az xəbər verir ki, o, şəkli sosial şəbəkədə paylaşıb.
55 yaşlı Salma Hayek çimərlik geyimində fotosunu yayımlayaraq instaqram izləyicilərinə xoşbəxt bazar ertəsi arzulayıb.
Ulduz fotoya ingilis və ispan dillərində “həftəyə hazırıq” başlığını əlavə edib.
Bir neçə saat ərzində paylaşım 300 minə yaxın bəyənmə və 1500-dən çox şərh toplayıb.