Eldar və Nigara daha bir mükafat - FOTO
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçilərimiz iyulun 10-da 18-ci Qaradəniz Ereyli “Sevgi, Barış və Dostluq Festivalı”na qatılmaq üçün İstanbula gediblər. Duet ortaqları Atatürk Hava limanında çiçəklərlə qarşılanıblar.
Türkiyəyə ikinci dəfə gələn Nigar Camal “çox xoşbəxtik, Türkiyə ilə bağlı irəlidə layihələrimiz var, lakin hələlik sirr qalsın. Növbəti gəlişimizdə açıqlayarıq ”,- deyib.
Qaliblərimizin Türkiyəli sənətçi ilə duet oxuyacaqları məlum olub, lakin onlar həmin sənətçinin kim olduğunu açıqlamaqdan imtina ediblər.
“Eurovision - 2011” mahnı müsabiqəsində birinciliyi əldə etdikləri zaman sevinclə türk bayrağını qaldıran müğənnilərimizə Ereyli Bələdiyyəsi tərəfindən minnətdarlıq plakatı və “Sevgi, Barış və Dostluq” mükafatı verilib. Mükafatı onlara Ereyli bələdiyyə sədri Xəlil Bosbıyık və xanımı təqdim edib.
Eldar və Nigar aldıqları mükafatın onlar üçün çox əhəmiyyətli olduğunu bildiriblər.
Eldar Qasımov və Nigar Camaldan sonra səhnəyə ağ rəngli geyimdə Ajda Pekkan çıxıb və bütün musiqisevərləri coşdurub.
Lalə

1160