Gənc müğənninin konsertində 2 təqdimat
Dünən paytaxtın əyləncə məkanlarından birində gənc ifaçı Çingiz Mustafayevin konserti olub. Lent.az- ın məlumatına görə, musiqili gecə anşlaqla başa çatıb.
Tədbirdə həm də Çingiz Mustafayevin albomunun təqdimatı olub. Albomda müğənninin 17 mahnısı yer alıb. Onların arasında Samir Cavadzadə (“Xəyallar”), Ədalət Şükürov (“Aşıq oldum”) və Zamiq (“Keçmişimsən”) ilə oxunan duetlər də var. Hər üç müğənni gənc ifaçını dəstəkləmək üçün konsertdə iştirak edib.
Çingizə dəstək vermək üçün gələn müğənnilər arasında Aybəniz Haşımova, Aynişan Quliyeva, Rəhim Rəhimli, Azad Şabanov, Ramal və bəstəkar Ruhəngiz Qasımova da olub.
Həmin gün Çingizin yeni mahnısına çəkilən klip də təqdim olunub. Sözləri Zeynal Cabbarzadəyə, musiqisi Tofiq Quliyevə məxsus olan klassik “Axşam mahnısı”na rejissor Vüsalə Süleymanova ekran həyatı verib.
Lalə

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17