Sərxan Sərxan kişi müğənnilərə meydan oxudu - EKSKLÜZİV
“Azərbaycan estrada səhnəsinə yaraşan kişi müğənni görmürəm”
Azərbaycanın əməkdar artisti Sərxan Sərxan Azərbaycan estrada səhnəsində yaraşıqlı kişi müğənni görmür. Bu barədə sənətçi Lent.az-a eksklüziv açıqlamasında deyib: “Siz müğənniləri barmaqla sayın, kim var? Mən görmürəm”.
Müğənni “fəaliyyətiniz dövründə ən dəbdə olan və favorit kişi müğənnisi siz idiniz, Azərbaycan səhnəsindən getdikdən sonra estrada səhnəsində yerinizi tutan müğənni kim oldu?” sualına cavabında, belə bir şəxsin olmadığını iddia edib: “Doğrudan da mən özümə kənardan baxsam, boylu-buxunluyam. Estrada artisti belə olmalıdır da, səhnəyə yaraşıq verməlidi. O vaxt mən bizim qızlarımızın xoşuna gəlirdim. İndi o qızlar ailə başçısı olublar, aralarında nənə olanı da var. O barədə fkrim belədir ki, heyf ki, o zövq dəyişib”.
Müğənni hazırkı vəziyyətdə səhnənin olmamasından şikayətlənib: “Həm də indi estrada səhnəsi yoxdur axı. İndi toy səhnəsi var, toy səhnəsində də nə qədər boyun balacadırsa, bir o qədər yaxşıdır, gözə görünməzsən”.
Lalə Yusifqızı

Oxşar yazılar

Ronaldo toydan əvvəl hədiyyələrə nə qədər xərcləyib?
15 avqust 2025 , 16:14
Məşhurlar qucaqlaşıb foto paylaşdılar
15 avqust 2025 , 15:01
Müğənninin ölümünün 35-ci ildönümündə ŞOK: qəbri üstündə pivə içdilər
15 avqust 2025 , 12:34
Milyoner ana usaqlarını özəl təyyarə ilə gəzdirir - FOTOLAR
15 avqust 2025 , 11:51
Sinem Kobal 38 yaşında gənc qız kimi göründü - FOTOLAR
15 avqust 2025 , 11:07
Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 2025 , 23:08
Taylor Swifti əvvəllər heç belə görmədiniz- FOTOLENT
14 avqust 2025 , 15:41