Flora Kərimovanın şikayəti təmin edilmədi
Bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artistləri Faiq Ağayev və İlhamə Quliyevaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə ilkin məhkəmə iclası keçirilib.
Məhkəmə ilə bağlı Faiq Ağayevin mətbuat xidməti və vəkili Kamil Məmmədov birgə bəyanat yayıb. Lent.az-ın xəbərinə görə, bəyanatda bu gün hakim Svetlana Əhmədovanın sədrliyi ilə xalq Artisti Flora Kərimovanın xalq artistləri Faiq Ağayev və İlhamə Quliyevaya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə ilkin iclas keçirildiyi bildirilib.
Hakim Svetlana Əhmədova müşavirədən sonra Flora Kərimovanın şikayətini qəbul etməkdən imtina edib.
Flora Kərimovanın şəxsi nümayəndəsi Qurban Məmmədovun qərara münasibəti belə olub: “Flora Kərimova sənəti və şəxsiyyəti ilə Azərbaycanda tanınır. Şəxsən mən hesab edirəm ki, Flora Kərimovaya qarşı hücum kampaniyası var, sənət aləmində hansısa əllər tərəfindən idarə olunur və şikayətin qəbul olunmaması qanunsuzdur.. Həmin ərizədə göstərilmişdi ki, Faiq Ağayev müxtəlif kütləvi informasiya vasitələrində Flora Kərimova haqqında heç bir əxlaqa, milli-mentalitetə uyğun olmayan, küçə sözlərindən ibarət məlumatlar yayıb. Buna görə o, mütləq ittiham qaydasında cavab verməlidir. O, mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Q.Məmmədov qərardan apellyasiya şikayəti verəcəyini deyib.
Lalə Yusifqızı

Oxşar yazılar

Selena Qomes cinsi həyatı ilə bağlı elə şeylər paylaşdı ki...
18 aprel 2025 , 14:12
Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü
18 aprel 2025 , 11:38
Ben Afflektlə Cennifer Qarnerin sevgi hekayəsi
18 aprel 2025 , 10:28
Alla Puqaçovadan dost və düşmənlərinə MÜRACİƏT
17 aprel 2025 , 19:05
Nesrin Cavadzadədən ayrılıqdan sonra İLK ADDIM
17 aprel 2025 , 15:50
Məşhur aktrisa kökəldi: “Bikini” ilə görüşməyək”
17 aprel 2025 , 10:42
Azərbaycanın keçmiş Eurovision mahnısı sosial şəbəkələrdə TREND OLDU - VİDEO
16 aprel 2025 , 12:53