Azərbaycanlı iş adamından Ebru Gündeş və Günellə bağlı şok bəyanat!
01 aprel 2009 17:30 (UTC +04:00)

Azərbaycanlı iş adamından Ebru Gündeş və Günellə bağlı şok bəyanat!

“Bu dedi-qodular Azəri qızı Günel tərəfindən qəsdən ortaya atılıb”
Azərbaycanlı iş adamı olduğu deyilən Rza Zərrab müğənni Ebru Gündeşlə birlikdə eşq yaşaması barədə mətbuata gedən informasiyalarla bağlı açıqlama yayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab açıqlamanı vəkili Aydın Kurban vasitəsilə yayıb. Açıqlamada bu “əsli olmayan dedi-qoduların Azəri qızı Günel tərəfindən ortaya atıldığı“ vurğulanıb, Ebru Gündeş və Rza Zərrab arasında eşq yaşanmadığı bildirilir.
“Bəzi qəzet və internet saylarında müvəkkilim Rza Zərrabın və Ebru Gündeşlə eşq yaşadığı, aralarında özəl münasibətlərin olduğu yönündə tamamilə əsassız məlumatlar yer alıb. Müvəkkilim Rza Zərrabla Ebru Gündeş arasında heç bir özəl münasibət və bərabərlik yoxdur. Rza Zərrab iş adamıdır və vaxtının çox hissəsini xaricə keçirdiyi səbəbindən bu əsassız xəbərlərlə bağlı müdaxilə edə bilməyib. Rza Zərrab iş adamı olmaqla yanaşı musiqiçi, bəstəkar və söz yazarıdır. O, yalnız Ebru Gündeş üçün mahnı yazmayıb, bir çox müğənninin albomlarında Rza Zərrabın söz və musiqilərinə rast gəlmək olur. Ebru Gündeşlə Rza Zərrabın dialoqu dostluq və Ebru Gündeşin son albomunda bir əsərin yer almasından ibarətdir. Tərəflər arasında hər hansı bir özəl münasibət, bərabərlik yoxdur.
Bu əsası olmayan dedi-qodular Rza Zərrabın keçmiş qız dostu Günel Zeynalova (Azəri qızı Günel – red.) tərəfindən qəsdən ortaya atılıb. Bu iddia əsassız olmaqla yanaşı həm də Rza Zərrabı və Ebru Gündeşi pis vəziyyətdə qoyub.
Bu səbəbdən də “Rza Zərrabla Ebru Gündeş eşq yaşayır” tipli əsassız iddia və xəbərlərin son verilməsini, əks təqdirdə bununla bağlı qanuni tədbirlər görəcəyimizi bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1495

Oxşar yazılar