"MTV Azərbaycan" müğənnilər arasında sorğu apararaq onların fobiyasını soruşub.
Sənət adamlarının fobiyalarını təqdim edirik:
Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, onda fobiya yaranmasına səbəb valideynləri olub:
"Sözə baxmırdım deyə evdə məni bağlayırdılar. O vaxtdan təklikdən qorxuram. Avtomobildə tək olmaqdan belə qorxuram. Uşaq vaxtından bu fobiyam yaranıb".
Müğənni Zamiq Hüseynovun isə təyyarə fobiyası var. O bildirib ki, harasa uçanda içki belə içir.
Müğənni Xəyyam Nisanov isə siçanlardan qorxduğunu söyləyib:
"Bu məndə uşaqlaıqdan yaranıb. Bir dəfə liftlə evə qalxırdım, arxamca içəri siçan girdi. O məndən, mən ondan qorxurdum. İndiyənə kimi həmin hadisə beynimdə qalıb".
(Axşam.az)