“Bu şəhərdə”nin mart ayının sonuna nəzərdə tutulan konsertləri təxirə salınıb.
APA-nın məlumatına görə, bu barədə yaradıcı birliyin kollektivindən bildirilib.
Konsert proqramlarının koronavirus təhlükəsi ilə əlaqədar təxirə salındığı qeyd olunub.
Konsert mayın 28, 29, 30 və 31-nə keçirilib.
Alınan biletlərin etibarlı olduğu vurğulanıb.