Yollarda  FACİƏ:   6 nəfər öldü -  KRİMİNAL XRONİKA
29 avqust 2022 10:21 (UTC +04:00)

Yollarda FACİƏ: 6 nəfər öldü - KRİMİNAL XRONİKA

Avqustun 27 və 28-də ölkə ərazisində qeydə alınan 109, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2525

Oxşar yazılar