Yol qəzalarında daha 3 nəfər öldü -  KRİMİNAL XRONİKA
26 avqust 2022 10:46 (UTC +04:00)

Yol qəzalarında daha 3 nəfər öldü - KRİMİNAL XRONİKA

 Avqustun 25-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.

# 2379
avatar

Mehman Nəbiyev

Oxşar yazılar