Əfsanə Cəfərova
10 fevral 2022 14:42 (UTC +04:00)

Əfsanə Cəfərova

Verilişdə həbs olunan gəlinlə bağlı ŞOK FAKTLAR: ərinin əmisi oğlu ilə münasibətdə...

Azərbaycanda baş verən dəhşətli qətl törədən saxlanılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, xəbər verildiyi kimi, 1962-ci il təvəllüdlü  Faxrəndə İbrahimovanın 2020-ci il fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

İstintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonu, Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 2020-ci il fevralın 22-də saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərov bu il fevralın 8-də Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri  seçilib.

Qeyd edək ki, Əfsanə Cəfərova bir müddət əvvəl Xoşqədəm Hidayətqızının proqramında qayınanasının qətli ilə bağlı bəzi sirləri açıb. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9288
avatar

Mehman Nəbiyev

Oxşar yazılar