Moskva vilayətinin Zveniqorod rayonunda yoldan keçən şəxs küçədə münaqişə zamanı yerli sakini öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə gecə saat 2 radələrində Vostoçnı mikrorayonunda baş verib. Məlumata görə, 44 yaşlı Mixail S. həyətdə gəzərkən məhəllənin girişində kişi və qadının gəzdirdiyi kiçik it qəfil ona hürüb.
Girişin üstündəki müşahidə kamerasının videogörüntülərindən belə görünür ki, əvvəlcə Mixail S. ilə qadın arasında şifahi mübahisə başlayıb. Nəticədə kişi iti bağlayıb. Daha sonra qadını güclü zərbə ilə itələyib. Bu zaman qadının əri onun köməyinə gəlib. Lakin qarşı tərəf bıçağı çıxararaq ona bir neçə zərbə endirib.
Yaralı bir neçə saat sonra reanimasiyada dünyasını dəyişib.
Şübhəli şəxs “Peugeot” markalı avtomobillə hadisə yerindən qaçıb.